"Keşlə" sabiq legionerini yenidən geri qaytardı - RƏSMİ

13 Yanvar 2022 12:40 Şamaxı 860
"Keşlə" sabiq legionerini yenidən geri qaytardı - RƏSMİ

Keşlə" qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.

29 yaşlı oyunçu cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Franko Flores 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edib. Klub daha əvvəl "Neftçi"dən Fəhmin Muradbəylini icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?