"Yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır"

24 Oktyabr 2020 23:20 Səbail 525
"Yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır"

"Əsgərlərimizə uğurlar arzulayıram. Dualarımız onlarladır.

Bunu hər gün deməyi özümə borc bilirəm. Önəmli tarix yaşayırıq. İnanırıq ki, yaxın vaxtda cəhbədən şad xəbər eşidərik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Səbail"in baş məşqçisi Aftandil Hacıyevə aiddir. O, Premyer Liqanın 7-ci turunda "Qəbələ" ilə 1:1 başa çatan matçdan sonra bu haqda danışıb.

39 yaşlı çalışdırıcı nəticədən razı qaldığını söyləyib: "Bilirdik ki, hər iki komanda məğlub olmamaq üçün əlindən gələni edəcək. "Qəbələ" qələbəsi olmasa da, asan uduzmayan komandadır.

İstədiyimiz futbolu göstərə bildik. Daha yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır. 1 xalı aktivimizə yazdıq. Bu, gələcək üçün pozitiv fikirlər yaradır.

"Zirə"ylə növbəti turun matçında 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Artıq 3 turdur məğlub olmuruq. Həqiqətən heyətimizdə çatışmazıqlar var.

Bu zaman məşqçiliyə vaxt lazımdır ki, istədiyi oyunu aşılasın. Bu gün bizdə nəticəyə oynayan futbolçular azdır. Bununla belə, onlardan razıyam.

Nəticəyə çalışırıq. Əlbəttə. 3 xal istəyərdik, qol imkanlarımız oldu. Ancaq bu səfər bərabərliyi də əlverişli nəticədir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!