Kamran Ağayev indi də… ARIQLAMAĞIN YOLUNU TAPDI

21 Oktyabr 2020 20:10 Səbail 1 422
Kamran Ağayev indi də… ARIQLAMAĞIN YOLUNU TAPDI

Millinin keçmiş qapıçısı Kamran Ağayev Premyer Liqanın ikinci dövrəsində meydana çıxa bilər.

Bir aydan artıqdır «Səbail»in düşərgəsində yer alan kiper tədricən əvvəlki formasını bərpa etməkdədir.

Futbolsuz qaldığı ilyarımda 21 kilo artıq çəki toplayan «əlcək sahibi» artıq 97 kiloya düşüb.

Məşqçilər korpusu Ağayevin dönüşünü sürətləndirmək üçün maraqlı üsula əl atıb. O, kollektiv məşqlərdə futbolçu kimi iştirak edir. Müxtəlif mövqelərdə özünü sınayan Kamran həmçinin fitnes zalının da daimi «sakin»idir.

Yığmanın eks üzvü artıq qarşıdakı həftələrdə forma geyinmək istədiyini məşqçilərə söyləyib. Amma Aftandil Hacıyev ona hələ bir müddət də gözləməli olduğunu deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi