Türk klubu Azərbaycandan ayrılan dünya ulduzu ilə maraqlanır

5 Avqust 2020 13:12 Səbail 1 196
Türk klubu Azərbaycandan ayrılan dünya ulduzu ilə maraqlanır

2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.

Sportinfo.az "kibrisgazetesi.com" nəşrinə istinadən xəbər verir ki, qanalı futbolçu yerli "Girne Halk Evi"nin maraq dairəsinə düşüb.

38 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə sözügedən ölkəyə yollanaraq Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlar aparacağı bildirilib.

Maykl Esyen 2019-cu ilin martında "Səbail"ə transfer olunmuşdu. O, daha əvvəl "Lion" (Fransa), "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı