"Baş məşqçi maliyyə problemlərinə görə məni oynatmadı"

22 May 2020 14:22 Səbail 636
"Baş məşqçi maliyyə problemlərinə görə məni oynatmadı"

"Milan"da oynayandan sonra əla azarkeşlərə malik "Panatinaikos"a keçdim".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in qanalı futbolçusu Maykl Essyen xarici mətbuata açıqlamasında 2015-ci ildə Yunanıstan "Panatinaikos"una transferi barədə danışarkən deyib.

38 yaşlı yarımmüdafiəçi həmin vaxt hava limanına səhər saatlarında çatmasına rəğmən, azarkeşlərin onu qarşıladıqlarını söyləyib.

O, baş məşqçi Andrea Stramaççioninin rəhbərliyi altında az oynamasına da diqqət çəkib: "Cəmi 2-3 matçda iştirak etdim. Bunun səbəbini bilmirəm. O vaxt mən və İspaniyadan olan oyunçular nadir hallarda meydana çıxırdıq.

Qəzetlər mənim paltardəyişmə otağında problem yaratdığımı yazmışdı. Mətbuat iddia edirdi ki, baş məşqçi ilə problemim var. Amma Stramaççioni mənə doğru olanı açıqladı. Klubun maddi problemlə üzləşdiyini və bu səbəbdən oynamadığımı söylədi. Bu, Stramaççionin qərarı deyildi".

Maykl Essyen 2015/2016 mövsümündə "Panatinaikos"da oynayıb. Qana millisinin sabiq üzvü 2019-cu ilin martından “Səbail”də çıxış edir. O, eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı