"Başqa işlərlə məşğul olmaq çox çətindir"

13 May 2020 10:24 Səbail 681
"Başqa işlərlə məşğul olmaq çox çətindir"

«Hamı kimi, biz də məşqlərə başlayacağımız günü böyük səbirsizliklə gözləyirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

İki aydır futbolsuz qaldıqlarını söyləyən gənc mütəxəssts Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi növbəti qərarın idmanla bağlı olacağına ümid etdiyini bildirib:

«Əvvəl düşünürdük ki, mayın 4-dən etibarən idman qurğuları açılacaq, biz də məşqlərə başlayacağıq. Gözlədiyimiz qərar verilmədi. İndi də eşitmişik ki, Operativ Qərargah xüsusi rejimli karantin qaydalarını nisbətən yumşaltmağa hazırlaşır.

Təki belə olsun. Çünki futbolsuz həyat darıxdırıcıdır. Ömrümüz futbolda keçib, iki ay başqa işlərplə məşğul olmaq çox çətindir. Axı nə qədər bağda, bağçada baş qatmaq olar..?

Mənə sual verirlər ki, bugündən məşqlərə başlayırsız? Bu komandanın baş məşqçisi mənəm, mən də deyirəm ki, sosial şəbəkələrdə yayılan xəbərlər doğru deyil.

Bizə AFFA tərəfindən heç nə deyilməyib. Nə də ki, klub rəhbərliyi ilə bu haqda söhbətimiz olub. Bayıldakı stadion bağlıdır, heç kimi ora buraxmırlar.

Ümumi icazə olmadan ayğımızı meydançanın kənarına qoya bilmərik. Neçə vaxtdır ki, məşqlərimizi onlayn şəkildə keçirik. Bu gün də belə davam edəcəyik. Nə vaxt qərar çıxsa, onda da meydançaya çıxacağıq».

Digər Xəbərlər
Xəbər Lenti