Azərbaycan klubunda gözlənilməz rəhbər istefası

30 Yanvar 2020 16:00 Səbail 2 017
Azərbaycan klubunda gözlənilməz rəhbər istefası

Dünən "CBC Sport"da növbəti "Tok şou" təşkil olundu. Bu dəfə verilişin qonaqları Premyer Liqa klublarının rəhbər şəxsləri idi.

"Qarabağ" və "Səbail"in təmsilçilərindən savayı, elitanın digər iştirakçılarının nümayəndələri canlı efirə çıxmışdı.

Sportinfo.az "Səbail"in idman direktoru Ramin Həsənovun "Tok şou"ya qatılmamasının səbəbini öyrənib. Redaksiyamıza məlum olub ki, o, klubdan ayrılmaq istəməsi barədə ərizə yazıb.

2017-ci ilin yayından Bayıl təmsilçisində fəaliyyət göstərən Həsənovun istefa verməsinin səbəbləri haqda hələlik dəqiq məlumat yoxdur.

Ancaq bizə məlumdur ki, Ramin bəy "Səbail"dən getmək fikrində olmasını artıq AFFA-ya bildirib və razılıq alıb.

Digər Xəbərlər
Xəbər Lenti