Meksika “Tijuana”sının vingeri Jilberto Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Liverpul” və İngiltərənin hazırkı çempionu “Arsenal” maraqlanır.
Moranın mümkün transferinin qış fasiləsində reallaşması istisna edilmir.
Meksikalı yarımmüdafiəçi 2024-cü ilin yayından “Tijuana”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Moranın bazar dəyəri 25 milyon avro qiymətləndirilir.
