Premyer Liqada cəzalanan iki məşqçi və iki futbolçudan məlumatınız olsun

21:20 Premyerliqa 63
Premyer Liqada cəzalanan iki məşqçi və iki futbolçudan məlumatınız olsun

Premyer Liqanın 13-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq matçları cəza səbəbindən dörd nəfər kənardan izləyəcək.

Onlardan ikisi məşqçi, ikisi futbolçudur.

“Sumqayıt”ın üzvü Lukas Bleklə “Turan Tovuz”un müdafiəçisi Xorxe Silva 12-ci turda qırmızı vərəqə aldıqlarına görə cəzalı duruma düşüblər.

“Şamaxı” – “Turan Tovuz” görüşünün fasiləsində dava edən məşqçilər – Azər Bağırovla Yunis Hüseynov da İntizam Komitəsinin sərt üzünə tuş gələrək hərəsi 3 oyunluq cəzalanıb.

Noyabrın 27-də “İmişli” – “Şəfa”, “Neftçi” – “Zirə”, bir gün sonra “Turan Tovuz” – “Kəpəz”, “Sabah” – “Araz-Naxçıvan”, noyabrın 29-da “Şamaxı” – “Qəbələ”, “Qarabağ” – “Sumqayıt” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti