Rəhbər yenə sinəsini irəli verdi - Komandanı Premyer Liqada saxlamaq üçün

17:00 Araz-Naxçıvan 89
Rəhbər yenə sinəsini irəli verdi - Komandanı Premyer Liqada saxlamaq üçün

Premyer Liqada yoluna pis davam edən «Araz-Naxçıvan»da mükafat fondu artırılıb.

Muxtar Respublika təmsilçisi bundan sonra çempionatda qazanacağı hər qələbəyə görə böyük məbləğ əldə edəcək.

Həmin rəqəm rəqiblərdən asılı olaraq, 50-70 min manat arasında dəyişir. «Ağ-qırmızılar»a bu jesti edən isə Zaur Axundovdur.

Naxçıvan Futbol Federasiyasının (NFF) birinci şəxsi əvvəlkitək komandanın arxasında dayanıb. Özü də təkbaşına!

NFF-nın birinci şəxsi «Araz»ın üzləşdiyi vəziyyətdən çıxması üçün əlindən gələni əsirgəmir. Gücü nəyə çatırsa, onu da edir.

Naxçıvan klubu ötən 12 tur ərzində qalibiyyət üzü görməyən yeganə iştirakçıdır. Passivində 8 məğlubiyyət olan kollektiv 4 xalla turnir cədvəlinin son pilləsində yer alıb.

İlk altı həftədə Cavid Hüseynova güvənən «Araz» rəhbərliyi 2 ay öncə Yuri Maksimovu görəvə gətirib.

Fəqət, nəticələr hələ də düzəlməyib - yerli mütəxəssis də 2 xal toplayıb, onun ukraynalı həmkarı da.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti