İndi də “Arsenal”ın müdafiəçisini istəyir - “Barselona”

00:00 İspaniya 52
İndi də “Arsenal”ın müdafiəçisini istəyir - “Barselona”

“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın müdafiəçisi Kristian Moskeranın karyerasını İspaniyanın top-klublarından birində davam etdirmək variantı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 22 yaşlı futbolçunun transferi ilə bağlı artıq müəyyən addımlar atır.

Kataloniya təmsilçisinin bu keçiddə rəqibləri “İnter” və “Fənərbaxça”dır.

İstanbul klubu Moskeranı icarəyə götürmək niyyətindədir. “Arsenal” rəhbərliyi də bu varianta müsbət yanaşır.

İspaniyalı müdafiəçi ötən ilin yayından London təmsilçisində çıxış edir. Onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!
26 Noyabr 00:20 "Qoldan məmun qalmadım"