Premyer Liqanda MÜHÜM YENİLİK - AVAR-2 hakimi də olacaq

16:20 Premyerliqa 53
Premyer Liqanda MÜHÜM YENİLİK - AVAR-2 hakimi də olacaq

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

13-cü turda AVAR-2 təyinatları:

27 noyabr

19:00.“Neftçi” - “Zirə”
AVAR-2: Fəridə Lütfəliyeva

28 noyabr

19:00.“Sabah” - “Araz-Naxçıvan”
AVAR-2: İslam Məmmədov

30 noyabr

17:00."Qarabağ" - “Sumqayıt”
AVAR-2: Niyaz Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti