I Liqada mövsümə yeni sponsor və yeni rəhbərliklə başlayan «Səbail» nağılı tezliklə bitəcək.
Hər halda dörd ay öncə verilən bəyanatların sabun köpüyündən başqa bir şey olmadığı artıq üzə çıxıb.
Klubdan başdan-ayağa böhran və çaxnaşma içindədir - heç nə yolunda getmir. Bunun da başında Mirzə Bayrampur dayanır.
Prezident postunu tutan bu məxluq yalnız yalan danışmağı, hamını yola verməyi bilir. İstər məşqçi və futbolçular olsun, istər sponsorlar olsun - onun üçün qətiyyən fərq eləmir.
Özündən nağıllar uydurmağı əla bacaran 29 yaşlı bu zat «Səbail»i kolxoz bazarına döndərib. Himayədarlarının kölgəsinə arxalanan Mirzə elə zənn edir ki, dəvədən böyük fil yoxdur və əməllərinin üstü heç vaxt açılmayacaq.
Amma artıq bıçaq sümüyə dirənib. Komandanın maaşlarını bəzən bank yolu ilə köçürən, bəzən nəqd şəkildə ödəyən Bayrampur indi hamının gözünü yolda qoyub.
Onun SOCAR-da çalışan dəstəkçiləri isə deyəsən, hələ bir müdldət də qış yuxusundan ayılmayacaq. Hər hallda onlar son 2-3 ayda «Səbail»də yaşanan olayları araşdırmaq, səbəbərini öyrənməyə həvəs/maraq göstərmirlər.
Düşərgədən gələn yeni məlumatlar isə gərginliyin pik həddə çatmasını təsdiqləyir. Komandanın aylıq xərcinin 150-180 min manat civarında olduğu bildirilir.
Əksər oynçular yüksək məbləğdə maşa qol çəkib. Yerlilər içində 7000-8000 manat əməkhaqqı kəsilənlər də var, 6000 dollara razılaşan legionerlər də.
Sponsorların ona verdiyi pulu hara xərclədiyi məlum olmayan M.Bayrampur kollektiv qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. O, yenə nə etmək istəsə yaxşıdır?
Məvacibi böyük olan azərbaycanlı və əcnəbi oyunçuları qış fasiləsində yola salmağı planlaşdırır. Bunu necə edəcək? Bax, bu sual maraqlıdır.
Birincisi, hamısının UEFA kontraktı var. Bu isə daşdan keçən sənəddir.
İkincisi isə imzalanan müqavilələrin müddəti 2 illikdir. Kimləri göndərmək istəsələr, təzminat ödəmələri lazım gələcək.
Hansı ağıllı bir qucaq pulu Bayrampura keçib, kompensasiya almadan vida sənədinə qol çəkməyə razılaşar? Bunlar maaşı verə bilmir, o qədər vəsaiti haradan tapıb verəcək?
SPORTİNFO.AZ
