Bakıya gələn “Barselona”lı ulduz: “Bunlar heç vaxt bəhanə ola bilməz”

Bakıya gələn “Barselona”lı ulduz: “Bunlar heç vaxt bəhanə ola bilməz”

“Barselona”nın yarımmüdafiəçisi Qavi Çempionlar Liqasının 5-ci turunda “Sabah”la keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi 4:1 hesablı qələbəyə baxmayaraq, çətinliklərlə üzləşdiklərini etiraf edib.

O, bunları da özlərinə bəhanə etmədiklərini bildirib:

“Gəldiyimiz səfər, havanın soyuqluğu və meydanın bir qədər quru olması səbəbindən oyun asan deyildi. Amma belə şəraitə uyğunlaşmalıyıq. Bunlar heç vaxt bəhanə ola bilməz”.

Bakı Olimpiya Stadionunda keçirilən matçda Qavi 86 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!