Azərbaycanda parladı, İngiltərə klubu ilə müqavilə bağladı

Azərbaycanda parladı, İngiltərə klubu ilə müqavilə bağladı

Ötən ay Azərbaycanda təşkil edilən U-15-lər arasında dünya çempionatı daha bir futbolçunun karyerasına təkan olub.

Sportinfo.az xəbər verir ki, şimali irlandiyalı oyunçu Raylan Hini klubunu dəyişib.

Aşağı liq təmsilçisi “Bekles Taun”da çıxış edən Hini Çempionşip komandası “Norviç Siti” ilə anlaşıb. Müqaviləyə əsasən, futbolçu məktəbi bitirdikdən sonra “Norviç Siti”nin formasını geyinməyə başlayacaq.

Şimali İrlandiya yığması U-15-lərin dünya çempionatında 189 komanda arasında 27-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!