Yeni klubunda 8 həftədən çox qalmadı - Şevçenkonun oğlu

01:40 İngiltərə 70
Yeni klubunda 8 həftədən çox qalmadı - Şevçenkonun oğlu

Ukraynalı sabiq hücumçu Andrey Şevçenkonun oğlu Kristian Şevçenko yenidən klubunu dəyişib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi İngiltərənin aşağı liqa təmsilçisi “Şolinq”lə müqavilə imzaladıqdan cəmi 8 həftə sonra komandadan ayrılıb.

O, “Şolinq”in heyətində heç bir rəsmi oyuna çıxmadan eyni liqada mübarizə aparan “Beyzinqstok Taun”a keçib.

Yeni komandası onun sabiq klubunu məhz keçidindən bir gün əvvəl keçirilən son qarşılaşmada məğlub edib.

Beləliklə, ukraynalı futbolçu karyerasında yeni səhifə açıb. O, bundan sonra cəmi bir neçə həftə əvvəl ayrıldığı “Şolinq”lə eyni divizionda çıxışını davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!