Kapitanın geyimini bəyənmədi: “Belə etmək olmaz”

22:00 İtaliya 55
Kapitanın geyimini bəyənmədi: “Belə etmək olmaz”

İtaliyalı mütəxəssis Fabio Kapello “İnter”in kapitanı Lautaro Martinesin “Ştutqart”la oyundan (2:0) əvvəl isinmə hərəkətlərinə fərqli geyimdə çıxmasını tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçunun kapüşonlu gödəkçə ilə meydana çıxması Kapellonun narazılığına səbəb olub.

O, bunu komanda yoldaşlarına hörmətsizlik kimi qiymətləndirib:

“Bu da nə deməkdir? Lautaro Martines komandanın qalan üzvlərinin geyimindən fərqli bir şey geyinib meydana çıxa bilməz, belə etmək olmaz.

Bir o kapüşonlu gödəkçəyə baxın! Bu nədir axı? Axı o, kapitandır! Soyuqdur? Soyuqdursa, qoy paltardəyişmə otağında qalsın”.

Martines 2018-ci ildən “İnter”də çıxış edir və hazırda komandanın kapitanıdır.

Digər Xəbərlər
Xəbər Lenti