“Sabah" “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.
“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib.
O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.
