"Sabah"ın qapıçısı Stas Pokatilovun qurtarışı Çempionlar Liqasında günün ən yaxşı "seyv"ləri sırasında yer alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperin Bakıda İspaniyanın "Barselona" komandasına qarşı oyundakı "seyvi" "5-liy"ə düşüb.
Azərbaycan çempionu Liqa mərhələsinin V turunun oyununda rəqibinə 1:4 hesabı ilə uduzub.
