“İspanlar bir çox cəhətdən bizdən üstündür" - “Sabah”dan AÇIQLAMA

09:00 Sabah 59
“İspanlar bir çox cəhətdən bizdən üstündür" - “Sabah”dan AÇIQLAMA

“Məğlub olduq, amma hansı rəqibə qarşı oynadığımızı yaxşı bilirdik.

“Barselona” hazırda, bəlkə də, dünyanın ən yaxşı üç komandasından biridir.

Belə bir rəqiblə qarşılaşmaq hər zaman çətindir. Bu oyunun bizim üçün asan keçməyəcəyini əvvəlcədən bilirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri İvan Lepinitsa deyib.

Xorvatiyalı yarımmüdafiəçi Kataloniya təmsilçisinə qarşı mübarizə aparmağın çətinliyindən söz açıb:

“Kataloniya təmsilçisinə qarşı oynamaq olduqca çətindir. Düşünürəm ki, bəzi məqamlarda onlarla rəqabət apara bildik, lakin bir çox cəhətdən bizdən üstün idilər.

Belə rəqiblərlə oyunlarda hər detal böyük əhəmiyyət daşıyır. Onların səviyyəsi və oyun keyfiyyəti bunu meydanda bir daha göstərdi”.

Futbolçu Çempionlar Liqasının növbəti qarşılaşmasında “Vilyarreal”la görüşə hazırlıq barədə də danışıb:

“İlk növbədə yaxşı istirahət edəcəyik. Həmin qarşılaşmadan əvvəl ölkə çempionatında oyunumuz var.

Diqqətimizi ona yönəldəcəyik. Vaxtı çatanda isə həmin oyun barədə danışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!