“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, mükafatı litvalı mütəxəssisə Azərbaycanda səfərdə olan ölkəsinin xarici işlər naziri Kestutis Budris təqdim edib.
Bu barədə nazir özünün “X” hesabında məlumat yayıb. Budris Dambrauskasın UEFA Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi olduğunu diqqətə çatdırıb.
O, Litvanın dünya futbolunda tanıdılmasına verdiyi töhfəyə görə mütəxəssisə təşəkkürünü bildirib.
Kestutis Budris ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” – “Barselona” (1:4) qarşılaşmasını izləyib.


