Portuqaliya millisinin sabiq baş məşqçisi Roberto Martines hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun futbolçu keyfiyyətləri və karyerası barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Prime Video Sport UK”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, 41 yaşlı hücumçunun futbola bağlılığını xüsusi vurğulayıb:
“Son vaxtlar Ronaldonun hazırda nəyə qadir olduğu barədə müzakirələr gedir. Onun statistikasına, komandanın oyununa necə təsir etdiyinə nəzər salmaq kifayətdir.
Biz Lionel Messi (“İnter Mayami”), Yohan Kroyf və Dieqo Maradona səviyyəsində olan futbolçudan danışırıq.
Onun statistikası da bunu göstərir. Ronaldonun futbola sədaqətinin həddi-hüdudu yoxdur. Düşünmürəm ki, Portuqaliyada bir daha onun kimi futbolçu yetişsin”.
Ronaldo bu ilin payızında Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
