Millimiz Avropa çempionatına 0:3-lə başladı

22:40 Qadın futbolu 77
Millimiz Avropa çempionatına 0:3-lə başladı

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027-ci illər mövsümünün 1-ci seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.

Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının idman mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.

U-19 növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti