"İmişli" Yevlaxda "Şəfa"nı qəbul edir - CANLI YAYIM

14:30 Premyerliqa 62
"İmişli" Yevlaxda "Şəfa"nı qəbul edir - CANLI YAYIM

Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.

Sportinfo.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Şəfa" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. "İmişli" 12 xalla 8-ci, "Şəfa" 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Palms Sports Arena"dakı görüş saat 19:00-da başlayacaq.

"Ağ-qaralar" 27 xalla turnir cədvəlinin lideridir. Qəsəbə təmsilçisi 20 xalla 5-ci sırada yer alıb.

XIII tura noyabrın 29-da yekun vurulacaq.

14:30. "İmişli" – "Şəfa" 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

19:00. "Neftçi" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

"Palms Sports Arena"

Digər Xəbərlər
Xəbər Lenti