Yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı - “Real”

18:40 İspaniya 46
Yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı - “Real”

“Real” yarımmüdafiəçisi Brahim Diasla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 26 yaşlı futbolçu 2031-ci ilin yayınadək “kral klubu”nun formasını geyinəcək.

Mərakeşli oyunçu 2019-cu ildə, 19 yaşında olarkən “Real”a qoşulub. O, komandanın heyətində keçirdiyi 6 mövsüm ərzində 173 oyunda meydana çıxıb və 7 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti