Bu gün I Liqada doqquzuncu tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
«Xankəndi» Zaqatalada eyniadlı komandanın qonağı olacaq.
«Səbail» isə Masazırda «Şimal»la üz-üzə gələcək. Nminal ev sahibləri şimal derbisində də xal itkisinə uğrayarsa, Premyer Liqaya vəsiqə yolunda ağır zərbə alacaq.
“Zaqatala” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 14:30
“Səbail”– “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bank Respublika Arena”, 16:00
