Bakıda zədə alan ispaniyalıda nə aşkarlandı?

Bakıda zədə alan ispaniyalıda nə aşkarlandı?

“Barselona”nın müdafiəçisi Alexandro Baldenin son durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı futbolçuda sağ topuq bağlarının yüngül dartılması aşkarlanıb.

O, Çempionlar Liqasında “Sabah”la matçın (4:1) ikinci hissəsində zədələnib.

Bununla yanaşı, 23 yaşlı müdafiəçinin İspaniya çempionatının 14-cü turunda “Deportivo”ya qarşı keçiriləcək oyunda iştirakı istisna edilmir. Onun meydana çıxıb-çıxmayacağı bərpa prosesindən asılı olacaq.

Balde bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!
26 Noyabr 00:20 "Qoldan məmun qalmadım"