“Mən heç vaxt ulduz olmamışam, komandanın bir parçasıyam”

00:10 İspaniya 46
“Mən heç vaxt ulduz olmamışam, komandanın bir parçasıyam”

“Barselona”nın yarımmüdafiəçisi Qavi özünü ulduz futbolçu hesab etmədiyini bildirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu özünü komandanın bir parçası kimi gördüyünü və hər zaman kollektivə kömək etməyə hazır olduğunu deyib:

“Mən heç vaxt ulduz olmamışam. Komandanın bir parçasıyam, həmişə belə olmuşam və komandanın ehtiyacı olduğu zaman ona kömək etməyə hazıram”.

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda dünən Bakıda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

Qavi cari mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxıb. İspaniyalı futbolçunun komandası növbəti matçını noyabrın 29-da, İspaniya çempionatının 14-cü turu çərçivəsində “Deportivo”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!
26 Noyabr 00:20 "Qoldan məmun qalmadım"