Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki,III təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın "ACH Volley Lyublyana" klubunun qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 1:3 (23:25, 25:23, 15:25, 18:25).
Bakıda keçirilən ilk oyunda da "Xilasedici" 1:3 hesabı ilə məğlub olub.
