Azərbaycan klubu forvardını Braziliyaya yola saldı

21:00 Sumqayıt 48
Azərbaycan klubu forvardını Braziliyaya yola saldı

“Sumqayıt”ın hücumçusu Jeam Oliveyra Azərbaycanı tərk edib.

Legioner əməliyyat olunmaq üçün Braziliyaya yollanıb.

32 yaşlı forvard Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qəbələ” ilə qarşılaşmada ağır zədə almışdı.

Həmin vaxtdan yaşıl meydanlardan kənarda qalan futbolçunun müalicəsi burada davam edirdi.

Jeam Oliveyra bu yay “Sumqayıt”a transfer olunub.

Braziliyalı hücumçu cari mövsüm komandanın heyətində 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti