“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçisi Valentin Barkonun az oyun vaxtı almasına münasibət bildirib.
“Zadəganlar” argentinalı futbolçunu yayda 40 milyon avroya heyətinə qatıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, futbolçunun meydana az çıxmasının taktiki qərarla bağlı olduğunu deyib:
“Bizim heç bir problemimiz yoxdur, bu, taktiki qərardır. Həmin mövqedə tələblərimizə uyğun xüsusiyyətlərə malik başqa futbolçularımız da var.
Amma Barko oynamağa hazırdır. Onun icarəyə göndərilməsi mümkündürmü? Hazırda bu variant prioritetlərimiz arasında deyil”.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Daha əvvəl “Napoli”nin Barkonun xidmətində maraqlı olduğu bildirilmişdi.
