“Qarabağ”dan indi onu istəyirlər - "Neftçi"də baş verir? - VİDEO

“Qarabağ”dan indi onu istəyirlər - "Neftçi"də baş verir? - VİDEO

“Sportinfo TV“də “Sport Xəbər“in növbəti buraxılışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında bir neçə informasiya diqqətə çatdırılıb.

***
“Polesye” (Jitomir) və “Xarkov” “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanır. Ukrayna Premyer Liqasının təmsilçiləri 26 yaşlı futbolçunu vətəninə qaytarmaq niyyətindədirlər. Lakin Kaşukun “Qarabağ”dakı maliyyə şərtlərindən razı olduğu bildirilir. Ukrayna klublarının futbolçuya Ağdam təmsilçisində qazandığı məbləğə uyğun maaş təklif etməkdə çətinlik çəkdikləri qeyd olunur.

***
Misli Premyer Liqasının 13-cü turunda üz-üzə gələcək “Neftçi” və “Zirə”nin heyətindəki itkilər məlum olub. ”Ağ-qaralar”ın heyətində cəzalı futbolçu yoxdur. Komandanın yeganə zədəli oyunçusu mərkəz müdafiəçisi Murad Xaçayevdir. “Zirə”nin isə dörd futbolçusu qarşıdakı matçda meydana çıxa bilməyəcək. Komandada cəzalı oyunçu yoxdur. Lakin İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən görüşü buraxacaqlar.

***
"Şəfa"nın müdafiəçisi Maudo Jarjue saytımıza açıqlama verib. 29 yaşlı qambiyalı legioner ilk olaraq Premyer Liqanın 9-cu turunda "Kəpəz"ə məğlub olduqları matç barədə danışıb: "Son 2 oyuna yaxşı başladıq və hesabda irəli çıxan tərəf olduq. Lakin son dəqiqələrdə diqqətimizi bir qədər itirdik və rəqib təzyiqi artırdı. Bizim üçün çətin dövrdür, amma artıq vəziyyəti dəyişməliyik".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!