"Neftçi" heyətini amerikalı müdafiəçi ilə gücləndirdi

07:50 Basketbol 39
"Neftçi" heyətini amerikalı müdafiəçi ilə gücləndirdi

"Neftçi" basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

196 sm boya malik müdafiəçi Florida Beynəlxalq Universitetinin (FIU) yetirməsidir.

T.Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi "Horsens IC" olub

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!