İtaliya B Seriyasında 13-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Lorentso Mezzoteronun formasını geyindiyi "Sampdoriya" səfərdə "Podova" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mezzotero da bu görüşün iştirakçısı olub. 18 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Gənc futbolçu komandasına qələbə qazandıran hər iki qolu vurub.
13 turdan sonra 17 xal toplayan "Sampdoriya" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
