Gəncə komandasının prezidenti hakimi təhqir etdiyi, 8 oyunluq cəza aldı

08:30 Region Liqası 56
Gəncə komandasının prezidenti hakimi təhqir etdiyi, 8 oyunluq cəza aldı

Region Liqasında çıxış edən "Veteran Tankçılar Gəncə"nin prezidenti Hacıbaba Əzimov səkkiz oyunluq cəza alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Buna funksionerin "Göyəzən"lə oyundan sonra hakimlər otağına daxil olaraq onları təhqir etməsi səbəb olub. H.Əzimov qarşıdakı 8 matça buraxılmayacaq.

Bundan əlavə, "Veteran Tankçılar Gəncə"nin futbolçusu Sahib Gümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkəsinə görə ikinci sarı vərəqə alıb.

O, daha sonra rəqib futbolçunu vuraraq təhqir etdiyi üçün 7 oyunluq diskvalifikasiya olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!