Prezident: “Barselona” sevgisini Bakıda da hiss etdik” - VİDEO

02:40 Hadisə 44
Prezident: “Barselona” sevgisini Bakıda da hiss etdik” - VİDEO

“Barselona”nın prezidenti Joan Laporta Bakıda Kataloniya təmsilçisinin azarkeşləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Sabah”la qarşılaşacaq komandanın Bakı səfəri çərçivəsində media nümayəndələrinə açıqlama verib.

Laporta Azərbaycan paytaxtında “Barselona” azarkeşləri ilə görüşməkdən məmnunluğunu ifadə edib:

“Burada olmaqdan çox məmnunuq. Bir az əvvəl Bakıda “Barselona” azarkeşləri ilə görüşdüm.

Xoşbəxtlikdən, “Barselona” sevgisini Bakıda da hiss etdik. Bu, bizə güc verir.

Dünyanın hər yerindəki azarkeşlərimizlə fəxr edirik. Bu da “Barselona”nı daha da güclü və tanınmış etmək üçün çalışmağımıza kömək edir.

Həqiqətən də, “Barselona”nın futbol dünyasında xüsusi çəkisi olduğunu anlayırsan”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!