Derbidən öncə hər bir tovuzlunu sevindirən ÖNƏMLİ XƏBƏR

23:00 Turan 74
Derbidən öncə hər bir tovuzlunu sevindirən ÖNƏMLİ XƏBƏR

“Turan Tovuz” Premyer Liqanın 12-ci turu çərçivəsində “Şamaxı”yla qarşılaşmaya ciddi itkilərlə çıxmışdı.

Aleksa Yankoviç və Alexandro Serrano zədə səbəbindən həmin matçda iştirak edə bilməmişdi.

Ayağında ağrılar olan Enrike Silvanın adı iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi Kurban Berdıyev süni örtüklü meydanda riskə getmək istəməyərək braziliyalını sona qədər ehtiyatda saxlamışdı.

Bununla yanaşı, Jo Batista da zədələnərək oyunu davam etdirə bilməmiş və meydanı xərəkdə tərk etmişdi.

Xorxe Silva isə qırmızı vərəqə aldığı üçün növbəti üç qarşılaşmanı buraxmaq məcburiyyətindədir.

Tovuz təmsilçisi şənbə günü “Kəpəz”lə qərb derbisinə hazır vəziyyətində çıxacaq.

Belə ki, Serrano, Silva, Batista və Yankoviçin sağlıq durumu qaydasındadır. Adları çəkilənlər həftəiçi məşqlərdə iştirak ediblər.

Berdıyev ehtiyac duysa, onlar “Kəpəz”lə görüşdə meydana çıxacaqlar. Tovuzluların yeganə itkisi cəzalı Xorxe Silvanın yoxluğu olacaq.

Noyabrın 28-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 16:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti