“Barselona”nın forvardı Entoni Qordon Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçirilən oyundan (4:1) sonra açıqlama verib.
Sportinfo.az xəbər verir ki, ingiltərəli hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
“Burada çox şey mənim üçün uğurlu alınır. Bu gün əla oyun keçirdik.
İki qol vurdum və buna çox şadam. Amma komanda hər şeydən vacibdir.
Düşünürəm ki, çox yaxşı oynayırıq. Daha əvvəl də dediyim kimi, belə uzaq səfərlər asan olmur.
Azərbaycan gözəl ölkədir və yenidən burada olduğuma çox şadam. Ümumilikdə yaxşı oyun nümayiş etdirdik, hər şey əla keçdi”.
“Sabah”la qarşılaşmada iki qol vuran Entoni Qordon UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.
Entoni Qordon bu ilin fevralında “Nyukasl”da oynayanda da Bakıda qollar vurmuşdu. O, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı matçda (6:1) komandasının 4 qolunun müəllifi olmuşdu.
