“Barsa”nın 18 yaşlı ispaniyalı müdafiəçisi Bakıda debüt etdi

“Barsa”nın 18 yaşlı ispaniyalı müdafiəçisi Bakıda debüt etdi

"Barselona" Çempionlar Liqası Liqa mərhələsinin V turunda səfərdə "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Bakıdakı matç Kataloniya təmsilçisinin müdafiəçisi Aleks Kampos üçün əlamətdar olub.

İspaniyalı futbolçu La Liqa nəhənginin əsas komandasının heyətində ilk rəsmi oyununa çıxıb.

Kampos 18 yaşlıda debütünü gerçəkləşdirib. Gənc mərkəz müdafiəçisi 64-cü dəqiqədə Frenki de Yonqun yerinə meydana daxil olub.

2021-ci ilin yayında 13 yaşı olarkən "Barselona"nın akademiyasına qoşulub. O, klubun B komandasının kapitanıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!