“Qarabağ”dan onun xidmətində maraqlıdırlar - Amma pulları çatmır

00:40 Qarabağ 95
“Qarabağ”dan onun xidmətində maraqlıdırlar - Amma pulları çatmır

“Polesye” (Jitomir) və “Xarkov” “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanır.

Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasının təmsilçiləri 26 yaşlı futbolçunu vətəninə qaytarmaq niyyətindədirlər.

Lakin Kaşukun “Qarabağ”dakı maliyyə şərtlərindən razı olduğu bildirilir. Ukrayna klublarının futbolçuya Ağdam təmsilçisində qazandığı məbləğə uyğun maaş təklif etməkdə çətinlik çəkdikləri qeyd olunur.

Cari mövsümdə “Qarabağ”ın heyətində 11 oyun keçirən yarımmüdafiəçi dörd qol vurub.

Kaşuk Ukrayna millisinin heyətində Şimali İrlandiyaya qarşı oyunda debüt edib. Daha sonra futbolçu Gürcüstan millisi ilə qarşılaşmada da meydana çıxıb.

Ukrayna klublarının

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!
26 Noyabr 00:20 "Qoldan məmun qalmadım"