“Neftçi”nin düşərgəsində son vəziyyət - FOTOLAR

08:50 Neftçi 62
“Neftçi”nin düşərgəsində son vəziyyət - FOTOLAR

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda “Zirə” ilə keçiriləcək qarşılaşmanın hazırlığını yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” son məşqdən fotoları sosial şəbəkə hesablarında paylaşıb və azarkeşləri sabahkı oyuna dəvət ediblər.

“Neftçi”nin heyətində zədəli Murad Xaçayev qarşılaşmanı buraxacaq.

“Zirə”də isə İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər. Hər iki komandanın heyətində cəzalı futbolçu yoxdur.

Noyabrın 27-də “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda 27 xalla turnir cədvəlinə başçılıq edən “Neftçi”dən fərqli olaraq, “Zirə” 20 xalla beşinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!