"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar

03:50 Sumqayıt 54
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar

AFFA-nın Hakimlər Komitəsinin üzvləri Asim Xudiyev və Orxan Məmmədovun iştirakı ilə "Sumqayıt"ın kişi və qadınlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Tədbir "SOCAR Polymer Arena"nın konfrans zalında baş tutub.

Komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!