COP29

"İstədiyimi ala bilmədim"

7 May 01:00 Səbail 492
"İstədiyimi ala bilmədim"

"Səbail" Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Deyiləcək bir söz yoxdur. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq. "Qəbələ" daha istəkli idi. Əslində, əksinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansı yoxdur. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. "Qəbələ"ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim.

- İkinci pillədə qalmaq çətindir demişdiz. İşinizi çətinləşdirən nə oldu?

- Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdır. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı.

- "Səbail" son illərdə 9-10-cu yerlərdə olub. Demək olar ki, komanda olaraq psixoloji cəhətdən autsayder ruhundan çıxa bilməmisiz?

- Stabilliyin olmaması bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd mövsümü altıncı yerdə bitirməkdir. Gələn il avrokubok zonasına oynaya bilərik. Biz lazımi oyunlarda özümüzü kökləyə bilmədik.

Mirbağırağa

Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...