TƏHLÜKƏ QAPIDA - Görün, bu klub haradan-hara enə bilər!

7 Dekabr 2023 19:00 Səbail 754
TƏHLÜKƏ QAPIDA - Görün, bu klub haradan-hara enə bilər!

"Səbail" mövsümə uğursuz start verərək ilk 3 turda cəmi 1 xal toplaya bilmişdi.

Amma Şahin Diniyevin komandası bir anda toparlanaraq yaxşı sürət yığmağı bacardı.

Rəqiblərin qeyri-stabil çıxışı fonunda Bayıl təmsilçisinin 4-7-ci turları əhatə edən ardıcıl 4 qələbə seriyası vəziyyəti kökündən dəyişmiş oldu.

Əbəs deyil ki, paytaxt klubu uzun müddətdir ilk üçlükdə lövbər salıb.

Lakin təhlükə tam da uzaqda deyil.

Qış fasiləsi öncəsi kollektiv heç özünə bənzəmir.

Son 6 matçda cəmi 1 qələbə qazanmaq mümkün olub.

Ardıcıl xal itkiləri aşağı pillələrdə olan rəqibləri "Səbail"ə bir xeyli yaxınlaşdırıb. Məsələn, uzun müddətdir 7-8-ci pillələrdə qərarlaşan "Sabah" bu tur "Səbail"lə üz-üzə gələcək. Masazır təmsilçisi qalib gəlsə tərəflər arasında xal fərqi minimuma enəcək. Halbuki cəmi 4-5 həftə əvvəl arada 10-15 xal arası fərq vardı.

Nəinki "Sabah", hətta "Sumqayıt", "Araz Naxçıvan" və "Neftçi"nin də "Səbail"i arxada qoyması an məsələsidir.

Qışa kimi "qara zolaq"dan çıxmaq mütləqdir.

Əks halda, mövsümün ilk iki dövrəsin uzun müddət liderlər qrupunda qərarlaşan "Səbail" fasiləyə autsayderlər sırasında yollana bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti