Tərbiyəsizliyin cəzası yoxdur? - “Səbail” rəhbərliyi susur, baş məşqçi sualdan qaçır

25 May 2023 02:00 Səbail 521
Tərbiyəsizliyin cəzası yoxdur? - “Səbail” rəhbərliyi susur, baş məşqçi sualdan qaçır

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində səfərdə "Turan Tovuz”un qonağı olan "Səbail”in futbolçusu Qoba Zakpa qarşılaşmanın sonlarına yaxın etdiyi hərəkətlə gündəmə gəldi.

Belə ki, futbolçu matçın sonlarına yaxın bərabərliyi təmin etdikdən sonra qol sevincini yaşayarkən əlini cinsiyyət orqanına apararaq tərbiyəsiz jestlə diqqət mərkəzinə düşdü.

Şübhəsiz, böyük ehtimalla portuqaliyalı legioner AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılacaq. Bəs "Səbail” hansı tədbirləri görmək niyyətindədir?

Açığı, bu sualın cavabı hələ qaranlıq qalır. Çünki klubdan mətbuata Zakpanın necə cəzalandırılması ilə bağlı açıqlama verilmir.

Sanki dövlət sirridir. Qarşılaşmanın artıq iki gündür bitməsinə baxmayaraq, klub futbolçusu ilə bağlı hər hansı qərar verə bilmir.

Normal klublarda belə hal yaşananda, üstəlik qalmaqallı videogörüntü sosial şəbəkələrdə yayılanda dərhal iclas keçirilir və cəza tədbiri görülür, həm də bu, ictimaiyyətə rəsmi şəkildə açıqlanır.

Hə, normal, peşəkar klublardan söhbət gedir. Amma özünü peşəkar sayan "Səbail” rəhbərliyi isə deyəsən, nə edəcəyini hələ bilmir. Nə zənglərə cavab, nə də rəsmi açıqlama verilir.

Futbolçu ilə bağlı əsas qərar verməli olan şəxslərdən biri Şahin Diniyev də danışmaqdan çəkinir. Mütəxəssis ona ünvanladığımız suala qısaca: "Buna şərh verməyəcəyəm, rəhbərliklə əlaqə saxlayın. Mən məşqçiyəm, hazırda başım "Şamaxı" ilə keçirəcəyimiz oyuna qarışıb”, - deyə cavab verdi.

Yəni Diniyev baş məşqçi kimi futbolçusunun hərəkətinə görə məsuliyyəti üzərindən atdı.

Diniyevdən Zakpa ilə bağlı mətbuata danışmaq qadağası qoyulub-qoyulmadığını da soruşduq, ancaq ona heç bir tapşırıq verilmədiyini bildirdi.

Bəs, o zaman maraqlıdır, görəsən, o boyda klubda bir futbolçunun tərbiyəsiz hərəkətinə görə cavab verəcək, məsuliyyət daşıyacaq kimsə yoxdur?

Klubda bu futbolçuya cəza verə biləcək cəsarətli adam varmı? (qaynarinfo)

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti