Klubun himayədarı hamının yanında idman direktorunu o ki var danladı!

21 May 12:20 Səbail 1 239
Klubun himayədarı hamının yanında idman direktorunu o ki var danladı!

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevin baş sponsoru olduğu «Səbail»in rəhbərliyində islahat aparmaq niyyətindədir.

O, klubdaxili iclasda Fərəc Əliyevi möhkəm tənqid edib.

Sədr «dənizçilər»ə böyük büdcə ayrıldığını, əməkdaşlara yüksək məbləğdə əməkhaqqı ödənildiyini, bununla belə, idman direktorunun öz işinin öhdəsindən gəlmədiyini bildirib.

Vəliyev komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalı olduğu halda, Premyer Liqada qalmaq üçün çalışmasını böyük fiasko kimi qiymətləndirib, məşqçi və futbolçularla yanaşı, F.Əliyevi də cavabdeh qismində göstərib.

Əliyevin taleyi ilə əlaqəli yekun qərar mayın 23-dən sonra veriləcək. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və köməkçilərinə onunla bağlı çoxsaylı şikayətlər ünvanlanıb.

Baş məşqçi Şahin Diniyev də Fərəc Əliyevdən narazıların sırasındadır.

Ötən ilin dekabrında görəvə gələn çalışdırıcı idman direktorunun komandanın daxili işlərinə qarışmasından və futbolçuları əleyhinə qaldırmasından gileylidir.

Diniyev ASCO-nun təmsilçiləri ilə söhbətində bildirib ki, gələn mövsüm burada qalarsa, Fərəc Əliyevin vəzifədən uzaqlaşdırılmasını istəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər