
Ötən ilin yayında “Zirə”dən “Səbail”ə qayıdan Ağabala Ramazanov mövsümün sonunda yenidən buradan ayrılacaq.
Üç ay öncə komandanın sükanı arxasına keçən Şahin Diniyev adıçəkilən hücumçunun xidmətində maraqlı deyil.
Baş məşqçi klub rəsmilərinə onunla yolların ayrılmasını istədiyini elan edib.
Diniyevin bunun üçün əsası budur - Ramazanov tez-tez zədələnir və hər dəfə uzunmüddətə sıradan çıxır.
Ağabalanın böyük qardaşı Zaur Ramazanov da mövsümün əvvəlini Bayıl təmsilçisində keçirib. Mahmud Qurbanovun korpusunda yer alan köməkçi ötən ilin dekabrında onunla birgə buradan ayrılıb.
SPORTİNFO.AZ