Elxan Məmmədov Qurbanova arxa dayandı, ona dəstək xahiş etdi

26 Sentyabr 2022 17:00 Səbail 1 030
Elxan Məmmədov Qurbanova arxa dayandı, ona dəstək xahiş etdi

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Səbail”in baş məşqçisi Mahmud Qurbanova öz dəstəyini nümayiş etdirib.

Hazırda FİFA-nın Paris ofisində çalışan federasiyanın eks idarəçisi klubun baş sponsoru olan “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbərliyi ilə əlaqə yaradaq, gənc mütəxəssis haqda xoş fikirlər söyləyib.

O, bu ilin mayında görəvə gətirilən çalışdırıcının yeni iş yerində uğur qazanacağına inandığını bildirib və Qurbanova daha çox dəstək verilməsini istəyib.

Qeyri-sabit mövsüm keçirən Bayıl klubu Premyer Liqanın arxada qalan 7 turunda 5 xal toplayıb. “Dənizçilər” 1 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə turnir cədvəlinin 7-ci pilləsində məskunlaşıb

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti