Azərbaycan klubu bu qayıdışa nə qədər pul xərcləyib?

30 İyun 2022 11:00 Səbail 1 272
Azərbaycan klubu bu qayıdışa nə qədər pul xərcləyib?

Bilindiyi kimi, "Səbail" sabiq legioneri Emil Martinovu yenidən heyətinə qatıb.

Bolqarıstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son “futbol ili”ni Bolqarıstan çempionatında mübarizə aparan “ÇSKA 1948”də keçirmiş 30 yaşlı orta sahə oyunçusu 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib.

“Dənizçilər” onun dönüşü üçün az xərc çəkməyib. Belə ki, “Səbail” vaxtilə Aftandil Hacıyev tərəfindən bəyənilmiş Martinova hər ay 8000 dollar əməkhaqqı ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti