"Futbolçular əllərindən gələni etdilər, amma..." - Aftandil Hacıyev

8 May 2022 20:30 Səbail 1 168
"Futbolçular əllərindən gələni etdilər, amma..." - Aftandil Hacıyev

"Bizim üçün rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis oyuna yaxşı başlamadıqlarını bildirib: "Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra İkinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var: "Bu, amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər".

Hacıyev sonda zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: "Müalicəsi davam edir. 2 gün sonra fərdi məşqlərə başlayacaq".

Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu